İsrailə silah göndərməyi dayandırın
Amerikalı qanunvericilərdən iyirmi nəfər bir məktubda Co Bayden hökumətindən sionist rejimə hücum silahları göndərməyi dayandırmasını istəyib.
ABŞ konqresinin nümayəndələr palatasının demokrat üzvü Qreq Kasar «X» sosial şəbəkəsində yazıbdır ki, o və bu ölkə qanunvericilərindən daha on doqquz nəfər İsrailə silah göndərişinin dayandırılmasını tələb ediblər.
Texasdan olan bu nümayəndə əlavə edib: Amerika qanunu aydındır; əgər İsrailin baş naziri Netanyahunun hökuməti Qəzzəyə yetərincə qida və dərmanın girişinə icazə verməzsə, Amerika oraya silah göndərməməlidir.
İyirmi amerikalı qanunvericinin məktubunda deyilir: Bayden hökuməti Israildən istəyibdir ki, hər gün Qəzzəyə yardım daşıyan azı üç yüz əlli yük maşınının girişinə icazə versin, İsrail isə gündə yalnız qırx iki yük maşınının girişinə icazə verir.
ABŞ senatı noyabrın iyirmi birində fələstinli mülkilərə qarşı qırğının artması və insan hüquqlarının pozulmasından olan nigarançılığa görə təqdim edilən «Bəzi silahların sionist rejimə satışının dayandırılması»na dair qətnaməyə qarşı çıxdı.
Beynəlxalq Amnistiya Təşkilatı son zamanlar bir hesabatda bildirdi ki, sionist rejim Qəzzəyə qarşı müharibənin əvvəlindən fələstinlilər əleyhinə soyqırım törədib. Təşkilat bu hesabatı bütün dünya üçün “oyanış zəngi” adlandırıb.
Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Aqnes Kallamar Qəzzədəki cinayətlərinə son qoyması üçün sionist rejimə təzyiq göstərməkdə aciz qalan dünya ictimaiyyətini tənqid edib.
Kallamar ölkələri təəssüf ifadə etməkdən əl çəkməyə və təcili və təsirli addım atmağa çağırıb.