Sionistlər ABŞ prezidentinin “sürpriz”lərinə nikbin deyillər
Times of Israel: Trampın siyasəti İsrailin dağılmasına səbəb olacaq
Sionist rejimin mətbu orqanı ABŞ prezidentinin “sürpriz”lərinin İsrailin dağılmasına gətirib çıxara biləcəyini qeyd edib.
The Times of İsrael yazır: “Netanyahu və ifrat sağçılar Trampın siyasi yanaşmasını heyrətlə qarşılasalar da, Trampın siyasətlərinə güvənmək İsraili dağılmaq həddinə çatdıra bilər.Qəzet bildirir ki, Qəzzə və onun əhalisi haqqında məlumatı yalnız televiziyadan izləməklə məhdudlaşan ABŞ prezidenti Donald Tramp Dövlət Departamenti və Müdafiə Nazirliyinin ekspertlər qrupunun mövqeyini öyrənmədən və onlarla koordinasiya etmədən Qəzzə sakinlərinin başqa ölkələrə köçürülməsi ideyasını irəli sürdü. Lakin Qəzzənin qonşuluğunda yaşayan və tarixə bələd olan Netanyahu anlamalıdır ki, Qəzzə əhalisini zorla köçürmək ideyası uğursuzluğa məhkumdur.The Times of İsrael əlavə edir ki, keçmişdə Amerika prezidentləri Qərb dəyərlərinin İraq və Əfqanıstanın yerli əhalisinə zorla tətbiq oluna biləcəyini düşünürdülər, ancaq bu, uğursuz oldu.