Papa Leo Putindən Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal tədbir görməyi xahiş etdi
https://azeri.sahartv.ir/news/dünya-i420535-papa_leo_putindən_ukraynadakı_müharibəni_dayandırmaq_üçün_dərhal_tədbir_görməyi_xahiş_etdi
Vatikanın mətbuat katibi Matteo Bruni bildirib ki, 14-cu Papa Leo Vladimir Putinlə telefon danışığında dialoqun əhəmiyyətini vurğulayaraq, Rusiya prezidentindən Ukraynada sülhün təmin olunması üçün tədbir görməyi istəyib.
(last modified 2025-06-05T04:27:36+00:00 )
İyun 05, 2025 08:26 Asia/Baku
  • Papa Leo Putindən Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal tədbir görməyi xahiş etdi

Vatikanın mətbuat katibi Matteo Bruni bildirib ki, 14-cu Papa Leo Vladimir Putinlə telefon danışığında dialoqun əhəmiyyətini vurğulayaraq, Rusiya prezidentindən Ukraynada sülhün təmin olunması üçün tədbir görməyi istəyib.

Bəyanatda qeyd olunur ki, Papa və Putin həmçinin hazırkı məhbus mübadiləsi səyləri və Boloniya başpiskopu Kardinal Matteo Maria Zuppinin bu sahədə gördüyü işlər barədə danışıb.Vatikanın mətbuat katibi əlavə edib ki, Papa bu telefon söhbətində ortaq dini dəyərlərə işarə edərək, bu dəyərlərin Rusiya ilə Ukraynanı sülh yoluna yönəldə biləcək işıq ola biləcəyini söyləyib.