Tramp: Çinlə razılaşacağıq
Donald Tramp Çin prezidentilə telefon söhbətini çox yaxşı dəyərləndirib. Bildirib ki, iki tərəf nadir mədənlər barədə razılğa gələcək.
Ukrayna ilə Rusiya arasında baş verən hadisələrdən narahat olduğunu iddia edən ABŞ prezidenti Donald Tramp deyibdir ki, Rusiya ilə Ukrayna arasında qan axıdılmasının qarşısını almaqda müvəffəq olacaq.O, on iki ölkənin vətəndaşlarının Amerikaya girişlərinin qadağan olunması barədəki qərarını müdafiə edib. İddia edib ki, bu ölkələrin vətəndaşlarının girişlərinin əngəllənməsi qərarı, Amerikanı qatillər qarşısında himayə etmək üçün icra olunur!Biz daha çox sayda xuliqanın Amerikaya girişinə icazə verə bilmərik- deyə, Tramp bildirib.Tramp Çin prezidenti Si Sinpin ilə telefon danışığına da işarə edib. Deyib ki, Çin prezidentilə çox yaxşı telefon söhbəti baş tutub və tərəflər bu söhbətdə iki ölkə arasındakı qaranlıq cəhətləri həll ediblər.O, qeyd edib ki, Çinlə vəziyyət çox yaxşı şəkildə irəliləyir və iki tərəf xüsusən nadir mədənlər barədə razılğa gələcək.Tramp gömrük rüsumları barədə Almaniya ilə ticarət razılaşmasına nail olunacağına ümidvarlıq edib: Almaniya öz müdafiə məsələlərinə daha çox xərclər ayırır və elə bir zamana çatacağıq ki, mən bu ölkədən bu prosesi dayandırmağı istəyəcəyəm.Tramp təhdid edib ki, Avropa Birliyi ilə razılığa çatılmayacağı təqdirdə, bu birliyə qarşı gömrük rüsumları tətbiq edəcək.ABŞ prezidenti Amerikanın hərbi qüvvələrinin Almaniyada iştirakı məsələsinə də toxunub. Vurğulayıb ki, Berlinin bu məsələ ilə razı olacağı zamanadək həmin proses davam edəcək.O, Ukrayna müharibəsinin gedişatına da işarə edib. Qeyd edib ki, Putin bundan öncə Ukraynaya tam şəkildə yiyələnmək ardınca olub.Öz keçmiş iddialarını təkrar edən Tramp, deyibdir ki, əgər bundan öncə prezident olsaydı, Ukrayna müharibəsi formalaşmaz və Həmas işğal olunmuş ərazilərə hücum etməzdi