Tramp hökumətinin miqrantlara qarşı basqınlarının davam etməsi fonunda;
Los-Anelesdə etirazçılarla polis arasında toqquşma
Tramp hökumətinin Kaliforniya ştatında miqrantlara qarşı hücumlarını davam etdirdiyi bir halda, yüzlərlə etirazçı üçüncü gün dalbadal Los-Anelesdə polislə toqquşub.
Etirazçılar bazar günü Los-Aneles şəhərinin mərkəzində yerləşən federal binanın qarşısında aksiya keçiriblər. Onlar Amerikanın ikinci böyük şəhərində miqrasiya və gömrük məmurlarının iş məkanlarına qarşı hücumlarının dərhal dayandırılmasını tələb ediblər.
Polis insanları dağıtmaq üçün insan toplusuna tərəf gözyaşardıcı qaz buraxıb və onlarla nəfəri həbs edib, amma, etirazçılar yenə də küçələrdən getməyə hazır olmayıb və polislə toqquşublar.
Amerika prezidenti Donald Tramp, bazar günü Kaliforniya milli qvardiya qüvvələrindən iki min nəfərin Los-Ancelesdə yerləşdirilməsi barədə göstəriş verib. Ağ Ev bir bəyanatda bildiribdir ki, bu qüvvələr «Kaliforniyada yayılmasına yol verilən qanunsuzluğu aradan qaldırmaq üçün» göndərilirlər.
Kaliforniya qubernatoru Gevin Nyusom, Tramp tərəfindən bu qüvvələrin göndərilməsinə etiraz edib.