İyun 09, 2025 13:42 Asia/Baku
  • Qəzzənin blokadası cinayətdir

Sionist rejimin Azadlıq donanmasına məxsus «Madlin» gəmisinə qarşı vəhşicəsinə hücumuna toxunan Həmas hərəkatı, dünya ictimaiyyətini bu hərəkəti pisləməyə çağırıb.

Həmas yaydığı bəyanatda sionist rejimin Azadlıq donanmasına məxsus «Madlin» gəmisinə qarşı yırtıcı hərəkətinə reaksiya verib və vurğulayıb: Biz beynəlxalq sularda «Madlin» gəmisi əleyhinə sionist quldurluğu və onun Qəzzəyə çatmasının əngəllənməsini kəskin tərzdə pisləyirik.

Bəyanatda deyilir: Biz «Madlin» gəmisi sərnişinlərinin dərhal sərbəst buraxılmalarını tələb və qəsbkarları onların həyatlarının qorunması sahəsində tam şəkildə məsul tərəf hesab edirik.

Bəyanata əsasən, blokada zamanın keçməsinə şamil olmayan bir cinayətdir və biz on yeddi ildən çoxdur davam edən Qəzzəyə qarşı blokadanın sındırılması üzrə bütün beynəlxalq təşəbbüsləri himayə edirik.

Azadlıq dəniz donanmasına məxsus «Madlin» gəmisi bildiribdir ki, işğalçı İsrail rejimi ordusunun hərbçiləri bu gəmidə olan Fələstin hamilərini oğurlayıblar.