Pakistan Senatı İsrailin İrana qarşı təcavüzünü müharibə cinayəti kimi pisləyib
https://azeri.sahartv.ir/news/dünya-i420703-pakistan_senatı_İsrailin_İrana_qarşı_təcavüzünü_müharibə_cinayəti_kimi_pisləyib
Pakistan Senatı bir qətnamə qəbul edərək, sionist rejimin İrana qarşı hücumunu kəskin şəkildə qınayıb.
(last modified 2025-06-15T11:12:38+00:00 )
İyun 15, 2025 15:11 Asia/Baku
  • Pakistan Senatı İsrailin İrana qarşı təcavüzünü müharibə cinayəti kimi pisləyib

Pakistan Senatı bir qətnamə qəbul edərək, sionist rejimin İrana qarşı hücumunu kəskin şəkildə qınayıb.

Qətnamənin mətnində deyilir: "Sionist rejim növbəti dəfə BMT Nizamnaməsini və beynəlxalq hüququ pozaraq, hərbi cinayət törədib və qonşu və qardaş ölkə İran İslam Respublikasına hücum edib. Bu təcavüz, BMT-nin əsas prinsiplərinin və bütün beynəlxalq normaların açıq şəkildə pozulmasıdır".Qətnamədə son 2 ildə Qəzzədə uşaqların və dinc əhalinin qətliamına işarə olunaraq, qeyd edilib ki, dünyasının bu soyqırıma qarşı hərəkətsizliyi xüsusilə narahatlıq doğurur, çünki indi İsrailə başqa bir suveren müsəlman ölkəsi olan İrana hücum etmək cəsarəti verib.Bu məclis birmənalı olaraq, və yekdilliklə sionist rejimin təcavüzünü və onun İslam ümmətinə, qarşı törətdiyi faciəli cinayətləri pisləyib və iranlı bacı və qardaşların xalqının bu təcavüz qarşısında özünü müdafiə hüququnu dəstəkləyib.