BMT ABŞ-nin İrandakı müharibə cinayətlərinə görə cavabdehlik tələb etdi
BMT sözçüsü ABŞ-nin İranda törətdiyi müharibə cinayətlərinə dair hesabatın nəticələrini “sarsıdıcı” adlandıraraq, Vaşinqtonun bu məsələyə görə cavabdeh olmasının zəruriliyini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının sözçüsü Dtefan Düjjarik bildirib ki, qurum BMT-nin faktaraşdırıcı missiyasının ABŞ-nin İranda törətdiyi müharibə cinayətləri ilə bağlı hesabatından xəbərdardır və Vaşinqtonun bu məsələyə görə cavabdehliyə cəlb edilməsinin vacibliyini vurğulayır.Stefan Düjarrik yerli vaxtla cümə axşamı jurnalistlərə açıqlamasında deyib: “Bu hesabatın nəticələri, ən azı demək olar ki, sarsıdıcıdır”.Düjarrik əlavə edib: “BMT-nin mövqeyinə görə, bu hesabat ölkələrinə edilən hücumlar nəticəsində öldürülən şəxslərlə bağlı cavabdehliyin təmin edilməsinin vacibliyini bir daha göstərir”