Moskva İran ilə nüvə anlaşmasının Fars Körfəzinin təhlükəsizliyi üçün önəmini vurğuladı
May 29, 2015 12:43 Asia/Baku
Rusiya xarici işlər naziri bir mətbuat konfransında İran ilə nüvə müzakirələrinin müsbət nəticəsinin Fars Körfəzi məntəqəsində sabitliyin möhkəmlənməsində təsirli olacaq.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, Sergey Lavrov cümə axşamı Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayid ilə müştərək mətbuat konfransında deyib: İran ilə 5+1 qrupu arasındakı müzakirələr təkmilləşmək üzrədr.S.Lavrov həmçinin ümidvarlıq edib ki, nüvə müzakirələrinin müsbət nəticə ilə yekunlaşması Fars Körfəzinin təhlükəsizliyi və sabitliyi üçün təsirli olacaq.
Lavrov daha sonra Suriya böhranından danışıb və Suriya böhranı üçün siyasi həll yolu üçün alternativin olmadığını bildirib və deyib: Moskva Suriyada silahlı qiyamçıların himayə edilməsi ilə bağlı ABŞ ilə ixtilafa malikdir. Amma, Suriya böhranının siyasi həlli sahəsində Amerika ilə əməkdaşlığa hazırdır.
Rusiya xarici işlər naziri Suriyalı qiyamçıların silahlandırılmasını qeyri-münasib mövqe adlandırıb və müzakirələrin bərpa edilməsi üçün beynəlxalq səylərin artırılmasını artırıb.
BƏƏ xarici işlər naziri Abdullah bin Zayid də bu mətbuat konfransında sionist rejimin işğalçılığının başa çatmasına və regionda terrorizm ilə mübarizəyə təkid edib.