Xəzəryanı ölkələrin iclası
May 31, 2015 09:13 Asia/Baku
-
Xəzəryanı ölkələrin iclası
Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan və İran "Gənclərin əli ilə ekologiyanı mühafizə və regionda sülhün inkişafı" mövzusunda Çalusda keçirilən xəzəryanı ölkələrin iclasında iştirak ediblər.
İran İslam Respublikası prezidenti tərəfindən BMT-nin Baş Assambleyasında gündəmə gətirilən və BMT-nin qətnaməsi kimi təsdiq edilən "Zorakılıq və ifratçılığın olmadığı bir dünya" mövzusu əsasında xəzəryanı ölkələrdə yeni iş yerlərinin yaradılması və gənc nəslin potensiallarından istifadənin edilməsi məqsədi ilə sahilyanı ölkələrin, o cümlədən İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın gənclərlə iş üzrə məsul şəxslərinin ikinci iclası "Xəzər dənizi, sülh və inkişaf dənizi" şüarı və xəzəryanı ölkələrin nümayəndələri ilə fikir mübadilələrinin aparılması, habelə gənclik turizminin aktivləşdirilməsi və sonda yeni iş yerlərinin yaradılması məqsədilə Çalusda keçirilib. Gənclər cəmiyyətin ölkənin inkişafında daha artıq maraqlı və müharibə ilə müxalif olan təbəqəsi kimi ilk addım olaraq xəzəryanı ölkələrdən sülh və dostluq müraciətini göndərməyə başlayırlar.Xəzəryanı ölkələrin gənclərlə iş üzrə məsul şəxslərinin 2-ci iclasının İranda keçirilməsi, İran gəncliyinin regiondan kənar potensiallardan istifadənin edilməsi zərurətini anlaması və beynəlxalq imkanlardan faydalanmağın əhəmiyyətini dərk etməsi anlamındadır. Bu iclasın keçirilməsində məqsəd, xəzəryanı ölkələrdə gənclərlə bağlı problemlərin və həll yollarının araşdırılması və bu ölkələrdə gənclərlə bağlı məsələlərin qaydaya salınması istiqamətində səylərin həyata keçirilməsidir. İkitərəfli iclasların keçirilməsi, iclasın yekun bəyanatının hazırlanması, iclasın protokolunun imzalanması, ekologiya proqramı, ətraf mühitin qorunması və gənclərdən istifadə edərək, regionda sülhün genişləndirilməsi, habelə Mazandaran vilayətinin turizm cazibədarlıqlarına baxışın keçirilməsi bu iclasın əsas proqramlarından sayılır.
İranın idman və gənclər nazirinin milli gənclər proqramı üzrə müşaviri Ruhulla Müdəbbir xəzəryanı ölkələrin gənclərlə iş üzrə məsul şəxslərinin 2-ci iclasında deyib: Bu iclasda təklif edildi ki, Çalus şəhəri xəzəryanı ölkələrin gənclərinin daimi sülh və dostluq katibliyi seçilsini.
Müdəbbir əlavə edib: İlk addımı bu iclas və sülh müraciəti ilə başladıq. Sülh və humanizm dialoqunun genişləndirilməsi, ümum üçün faydalı olan məsələlərin diqqət mərkəzində saxlanılması, tələbə mübadiləsi nəzərdə tutulan proqramlardan sayılır.
Ruhulla Müdəbbir həmçinin deyib: Xəzəryanı ölkələr quruluş baxımından gənclərlə bağlı məsələlərdə İran ilə fərqliliyə malikdirlər. Amma bu, gənclərlə bağlı məsələlərdə əlaqələrə malik ola bilməyəcəyimiz anlamına gəlmir. Müdəbbir cari ildə Gənclər həftəsi üçün seçilmiş şüarın "Cavana inam və cavana dəstək" olduğunu deyərək, deyib: Keçmişdə gənclərə önəmsiz məsuliyyətlər verilərdi. Lakin bu gün baxış "gəncə inam"dır.
Xəzəryanı ölkələrin gənclərlə iş üzrə məsul şəxslərinin 2-ci iclası Meşə Ekologiyasının Qorunması Təşkilatı ilə birlikdə ekologiya ilə bağlı bir qətnamə qəbul edərək, öz işini başa vurub.