Səudiyyəlilərin orta əsrlər metodları
https://azeri.sahartv.ir/news/dünya-i194721-səudiyyəlilərin_orta_əsrlər_metodları_
İsveç xarici işlər naziri Ərəbistan Ali Məhkəməsinin bir hüquq fəalına qarşı qərarına reaksiyada Ər-Riyadı orta əsrlərin sivilizasiyasız üsullarından istifadə etməkdə suçlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2015 04:14 Asia/Baku
  • İsveç Ərəbistanı suçladı
    İsveç Ərəbistanı suçladı

İsveç xarici işlər naziri Ərəbistan Ali Məhkəməsinin bir hüquq fəalına qarşı qərarına reaksiyada Ər-Riyadı orta əsrlərin sivilizasiyasız üsullarından istifadə etməkdə suçlayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Marqut Valstrom Ərəbistanın 31 yaşlı vətəndaşı Raif Bədəviyə min şallağın vurulması və 10 il həbs qərarının verilməsi barəsində məhkəmənin qərarını pisləyib və deyib: Mediaları və insanları ifadə azadlığında azad və haqlı hesab edən dünyada belə cəzaların yeri yoxdur.
İsveç Ərəbistanın Yəmənə təcavüzündə insanların vəhşicəsinə qırğın edilməsinə təfavütsüz qalan və Ərəbistanda bir hüquq fəalına qarşı çıxarılan qərara reaksiya verən qərb ölkələrindəndir.