İyun 11, 2015 17:09 Asia/Baku
  • Massaçusets
    Massaçusets

KİV bir qrup naməlum şəxsin ABŞ-ın Massaçusets ştatında Türkiyəyə aid məscidə hücum etdiyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyənin Vaşinqtondakı səfirliyinin dini məsələlər üzrə konsulu cümə axşamı günü bildirib: Təxminən 5 maskalı şəxs yerli vaxtla çərşənbə günü səhər Türkiyənin Massaçusets ştatında Vest Sprinqfild şəhərindəki Mədəniyyət Mərkəzinin binasına və bu mərkəzin məscidinə daşla hücum edib.
Məscidin məsul şəxslərindən biri deyib: Hücum baş verdiyi zaman məsciddə ən azı 3 nəfər olub. Lakin bu hücumda heç kimə xəsarət dəyməyib.
Məlumatlara görə, bununla belə məscidin binasına çoxlu xəsarətlər dəyib.

Teqlər