Ukraynanın şərqində döyüşlər davam edir
İyun 14, 2015 12:00 Asia/Baku
-
Ukraynanın şərqində döyüşlər davam edir
Ukraynanın şərqində ordu ilə müxaliflərin qarşıdurması nəticəsində bir qrup həlak olub və yaralanıb.
Səhər Beynəlxalq Televiziyasının İnterfax informasiya agentliyinə istinadla verdiyi məlumata görə, Ukrayna ordusunun sözçüsü Andrey Lısenko bildirib: Ötən 1 sutka ərzində bu ölkənin şərqində 6 ukraynalı hərbçi həlak olub, 4 nəfər də yaralanıb.Lısenko deyib: Hərbçilər müxaliflərin bölgəni atəşə tutmaları nəticəsində həlak olublar.
Ukrayna müxalifləri də bu ölkə ordusunu ötən gün ərzində 3 dəfə atəşkəsi pozmaqda suçlayıb və ordu tərəfindən Pervomaysk şəhərindən atılan top mərmiləri nəticəsində bir qadının yaralandığını bildiriblər.
Ukrayna ordusu və müxaliflər arasında atəşkəsin başlanmasından artıq dörd ay keçir.
BMT-nin bildirdiyinə görə, Ukraynada qarşıdurmalar nəticəsində 2014-cü ilin aprel ayından indiyə qədər 6400-dən çox insan həlak olub.