Almaniya qəzeti: Ərəbistanın Yəməndəki vəhşiliyi İŞİD-ə bənzəyir
İyun 15, 2015 10:37 Asia/Baku
Almaniyada çıxan Di Volt qəzeti Səudiyyə Ərəbistanı tərəfindən Yəmənin arxeoloji məkanlarının bombardman edilməsini İŞİD tərəfindən Suriya və İraqda dünya irslərinin məhv edilməsi ilə müqayisə edib və onu vəhşilik adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu alman qəzet Səudiyyə Ərəbistanı tərəfindən Yəmən paytaxtı Sənanın qədim hissəsinin bombardman edilməsini sərt şəkildə tənqid edib və yazıb: Səudiyyə Ərəbistanı tərəfindən belə özbaşına hərbi hücumlar İŞİD-in İraq və Suriyadakı vəhşiliklərini xatırladır.Sənanın qədim hissəsinin 2500 illik keçmişi vardır və dünyanın ən qədim məscidləri bu məkanda yerləşir.
Bu məlumata görə, Sənanın qədim hissəsinə dəyən xəsarətlər müəyyən deyil. Lakin bir neçə yerli mənbə kadrlar yayımlayıb ki, arxeoloji binaların torpaq təpəsinə çevrildiyini göstərir.