İŞİD Tunis terror aktının məsuliyyətini üzərinə götürüb
İyun 27, 2015 08:34 Asia/Baku
-
İŞİD Tunis terror aktının məsuliyyətini üzərinə götürüb
İctimai şəbəkədə yayılan bəyanata əsasən, İŞİD terror qruplaşması Tunisdə bir turist otelinə hücumun məsuliyyətini üzərinə götürüb.
Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının üzvü Əbu Yəhya əl-Qirvani güclü təhlükəsizlik tədbirlərinin olmasına baxmayaraq, özünü İmperial otelinə çatdırıb və 39 nəfəri qətlə yetirib.Əl-Qirvani cümə günü özünü turist qələmə verərək çətrinin altında gizlətdiyi silahla Susda İmperial otelinə doğru atəş açıb.
Şahidlərin bildirdiyinə görə, turistlər atəş açıldıqdan sonra özlərini təhlükəsiz məkana çatdırmağa çalışıblar. Lakin qəfildən oteldə partlayış baş verib. Hadisə zamanı Tunis polisi atəş açan şəxsi öldürüb.
Tunisin baş naziri Həbib əl-Seyd terror aktı qurbanlarının əksəriyyətinin ingilis turistlər olduğunu bildirib.
Tunis baş naziri cümə günü keçirdiyi mətbuat konfransında İŞİD terror qruplaşmasının bu terror aktının məsuliyyətini üzərinə götürdüyünü təsdiqləyərək hadisə qurbanlarının əksəriyyətinin ingilislər olduğunu bildirib.