Rusiya Ermənistan ordusunun yenidən qurulmasına kömək edir
İyul 03, 2015 04:57 Asia/Baku
-
Rusiya Ermənistan ordusunun yenidən qurulmasına kömək edir
Rusiya, rus silahları satın alması və ordunu yeniləndirməsi üçün Ermənistana 200 milyon dollar dəyərində kredit verib.
Röyters-in məlumatına görə, Ermənistan parlamenti dünən, ötən həftə İrəvan ilə Moskva arasında imzalanmış Rusiyanın 200 milyon dollarlıq kreditinin Ermənistana verilməsi müqaviləsini qəbul edib.Ermənistan müdafiə nazirinin müavinlərindən olan Ara Nazaryan bu krediti almaqda İrəvanın məqsədini bu ölkə ordusunun modernləşdirilməsi adlandırıb və bildirib ki, bu addım regionda qüvvələr tarazlığına nəzərəçarpacaq təsir göstərəcək.
Ermənistan stratjeji Cənubi Qafqaz bölgəsində Rusiyanın əsas müttəfiqidir. Belə ki, Rusiya bu ölkədə hərbi bazaya malikdir.
Teqlər