Rusiya ABŞ-ın təhlükəsi ilə mübarizə üçün hazırlaşır
https://azeri.sahartv.ir/news/dünya-i196252-rusiya_abŞ_ın_təhlükəsi_ilə_mübarizə_üçün_hazırlaşır
Rusiya "Ulduzların Müharibəsi" adlanan Amerikanın Strateji Müdafiə layihəsinin yenidən başlanması təhlükəsi ilə mübarizə üçün hazırlaşır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2015 17:24 Asia/Baku
  • Rusiya ABŞ-ın təhlükəsi ilə mübarizə üçün hazırlaşır
    Rusiya ABŞ-ın təhlükəsi ilə mübarizə üçün hazırlaşır

Rusiya "Ulduzların Müharibəsi" adlanan Amerikanın Strateji Müdafiə layihəsinin yenidən başlanması təhlükəsi ilə mübarizə üçün hazırlaşır.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya 1980-ci ildə "Ulduzların Müharibəsi" adı ilə başlayan və son vaxtlar yenidən Amerika rəsmilərinin diqqət mərkəzində duran Amerikanın Strateji Müdafiə layihəsini təhlükəsi ilə mübarizə üçün hazırlaşır.
Bu çərçivədə kosmosa nəzarət təchizatlarının yeni nəslinin istehsalı üçün Rusiyanın Aeronavtika Müdafiə Qüvvələri çalışmalara başlayıblar.
Rusiyanın Müdafiə Nazirliyi bildirib: Tacikistanda yerləşən Akno-M obyektinin yenilənməsi və genişləndirilməsi 120-40000 km yüksəklikdə səma cisimlərinin müəyyənləşməsi üçün Rusiyanın potensialının güclənməsinə səbəb olur.
Bu obyekt 1999-cu ildə Rusiyanın Aeronavtika Müdafiə Qüvvələrinin ixtiyarına verilib, indiyə qədər 5 mindən çox yeni səma cismini aşkarlayıb və 560-dan çox peykin orbitə göndərilməsini müşahidə edib.