Ərdoğan müvəqqəti kabinet üzvlərinin siyahısını təsdiqləyib
Avq 29, 2015 10:22 Asia/Baku
-
Ərdoğan müvəqqəti kabinet üzvlərinin siyahısını təsdiqləyib
Türkiyə prezidenti bu ölkənin hökumət başçısı tərəfindən təqdim edilən müvəqqəti kabinet üzvlərinin siyahısını təsdiqləyib.
Frans Pressin verdiyi məlumat əsasən prezident Rəcəb Teyyib Ərdoğan baş nazir Əhməd Davudoğlu tərəfindən təqdim edilən bu siyahını təsdiqləyib.26 nəfərdən ibarət bu kabinet üzvləri yeni bir hökumə təşkil edilənə qədər ölkənin işlərini idarə etməlidirlər.
Ərdoğan bazar ertəsi günü müvəqqəti kabinetin təşkil ilə bağlı hökmü Əhməd Davudoğluya təqdim etdi.
Koalisiya hökumətinin təşkili üzrə Türkiyədəki siyasi partiyaların arasında gedən müzakirələrin müvəffəqiyyətsizliyə uğraması ardınca prezident Rəcəb Teyyib Ərdoğan noyabrın birini vaxtından tez seçkilərin keçirilməsi üçün dəqiqləşdirib.