Okt 04, 2015 11:29 Asia/Baku
  • Bin Ələvi: Nüvə anlaşması böhranları həll etmək üçün yaxşı nümunədir
    Bin Ələvi: Nüvə anlaşması böhranları həll etmək üçün yaxşı nümunədir

Omanın xarici işlər naziri deyib: İranın nüvə anlaşması, ixtilafların danışıqlar yolu ilə həll edilməsi üçün münasib nümunə sayılır.

İRİB-nin məlumatına görə, Omanın xarici işlər naziri Yusif bin Ələvi şənbə günü Nyu-Yorkda BMT-nin ümumi iclasında deyib: Bizim qənaətimizə görə müharibə və qarşıdurma yerinə dialoq ixtilafların həll edilməsi üçün ən yaxşı vasitədir. Və bunun aydın nümunəsi İran ilə 5+1 qrupu arasında əldə edilən nüvə anlaşmasıdır.
Omanın xarici işlər naziri əlavə edib: Buna görə də Oman dost ölkə olan İran ilə 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşmasını alqışlayır və biz inanırıq ki, bu metoddan istifadə edərək, bir çox böhranları həll etmək olar.
Bin Ələvi daha sonra Yəməndə və Yəmən ətrafında cərəyan edən hadisələrdən narahatlıq ifadə edərək, deyib: Biz inanırıq ki, Yəmən siyasətçiləri ölkədə təhlükəsizlik və sabitliyin təmin edilməsinə qadirdirlər.

Teqlər