Noy 13, 2015 17:28 Asia/Baku
  • ABŞ-da tələbələr irimiqyaslı aksiyalar keçirdilər
    ABŞ-da tələbələr irimiqyaslı aksiyalar keçirdilər

Amerika universitetlərinin tələbələri kredit borcları və irqçilik hərəkətlərinin artmasına etiraz üzrə aksiyalar keçiriblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, amerikalkı tələbələr cümə axşamı günü koordinasiya olunmuş hərəkətlə 100-dən çox universitet və kollecdə tələbə kredit borclarının artmasına etiraz əlaməti olaraq aksiya keçirib və pulsuz təhsil üçün dövlət universitetlərinin yaradılması və universitet işçilərinin minimum əməkhaqlarının artırılmasını tələb ediblər.
"Tələbələrin milyonluq aksiyası" adlandırılan bu aksiyalar Amerikada Fastfood restoranları işçilərinin aksiyalarından sonra keçirilib. Restoran işçiləri maaşlarının hər iş saatı üçün minimum 15 dollar artırılmasını tələb ediblər.
Amerika İstehlakçıların Maliyyə Dəstəyi Ofisi tərəfindən yayımlanan statistikaya əsasən, 2006-cı ildə tələbələrin borcu 600 milyard dollardan az olub. Bu rəqəm 2015-ci ildə 1 trilyon 200 milyard dollara çatıb.
Bəzi universitet məzularının borcu yüz minlərlə dollara çatır. Amerikanın xəstə iqtisadiyyatı və bu ölkənin iş bazarının o qədər də münasib olmayan vəziyyətini nəzərə aldıqda tələbələrin bu kreditləri ödəməsi çətinləşmişdir.
Bu arada tələbə kreditləri ABŞ-da növbəti prezident seçkiləri namizədlərinin maraq dairəsinə düşən mövzulardan birinə çevrilib.
Eyni zamanda tələbələrin cümə axşamı günü irimiqyaslı aksiyalarında irəli sürülən məsələlərdən biri irqçilik gərginlilərinin artmasına etiraz olub. Missuri Universitetində irqçilik hərəkətlərinin artması ardınca, amerikalı tələbələr irimqiyaslı aksiya keçirərək Missuri Universitetinin tələbələrinə həmrəyliyi nümayiş etdiriblər. Onlar irqçiliyə qarşı şüarlar səsləndirərək Amerikada bu siyasətin dayandırılmasını tələb ediblər. Amerikada irqi ayrı-seçkiliyiə qarşı etirazlar bu həftənin əvvəlindən Missuri Universiteti tələbələrindən bir qrupunun etirazı ilə başlanıb. Missuri Universitetinin futbol komandasının qaradərili oyunçuları bu universitetdə ötən bir neçə ayda geniş hal almış irqçilik hadisələrinə etiraz olaraq aclıq aksiyası keçiriblər. Universitetin qaradərili oyunçuları Universitet rektorunun istefasını tələb ediblər. Tələbələrin bu etirazı nəticə verib və bu universitetin rektoru Tim Volf tutduğu vəzifədən istefa verib. Bu universitetdə irqçilik hərəkətləri bəzi tələbələrin də iştirak etdiyi Ferquson aksiyalarından sonra keçirilib. 35 min tələbəsi olan ştatın ən böyük universitetində ağdərililər qaradərili tələbələrə irqçilik hörmətsizlikləri edirlər.
Həmçinin Nyu-Yorkun İtakay kollecində yüzlərlə tələbə çərşənbə günü bu kollecin məsul şəxslərinin tələbələrlə davranışına hakim irqi ayrı-seçkiliyə etiraz olaraq aksiya keçirib. İtakay kollecinin yüksək səviyyəli məsul şəxslərinin tələbələr arasındakı sözləri və qaradərililəri vəsf etmək üçün "qul" və "vəhşi" kimi qeyri-münasib ifadələr işlətməsi bu kollecdə tələbələrin etirazına səbəb olub. İtakay kollecinin rəhbəri Tom Ruçun universitet səviyyəsində ayrı-seçkilik davranışları tətbiq etdiyinə görə, tənqid atəşinə tutulub. Tələbələrin etirazları Facebook ictimai şəbəkəsindəki dəvətlə başlanıb və məqsəd İtakay kolleci rəhbərinin istefasıdır.

Teqlər