BMT Baş Assambleyasında İrana qarşı qətnamə qəbul edildi
Noy 20, 2015 10:31 Asia/Baku
-
BMT Baş Assambleyasında İrana qarşı qətnamə qəbul edildi
BMT Baş Assambleyasının İnsan Haqları Komitəsi cümə axşamı bir qətnamə qəbul edərək, İranda insan haqlarının pozulması barədə nigaranlıq edib.
İRİB-nin Nyu-Yorkdan verdiyi məlumata görə, ilkin mətni Kanada tərəfindən hazırlanan bu qətnamə 76 lehinə, 55 əleyhinə və 68 bitərəf səs ilə qəbul edilib.ABŞ və İsrail rejimi qətnamənin lehinə səs verən tərəflərdən olublar.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini Qulamhüseyn Dehqani bu barədə deyib: Bu qətnamə həqiqətlərin siyasi qərəz əsasında təhrif edilməsinin bariz nümunəsidir.
Dehqani bu qətnamənin son nüvə anlaşmasının İran ilə dünya arasında yeni əməkdaşlıq üfüqləri açdığı bir zamana təsadüf etdiyini də qeyd edib.
Qətnamənin mətni BMT-nin İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçisinin hesabatı əsasında hazırlanıb. Bu hesabat 2005-ci ildən bəri İranda edamların sayının artması məsələsinə işarə edir.