London sakinləri mənzil böhranına etiraz etdilər
Noy 23, 2015 10:02 Asia/Baku
-
London sakinləri mənzil böhranına etiraz etdilər
Londonda keçirilən aksiyada iştirak edənlər mənzil böhranına son qoyulmasını istəyiblər.
PressTV-nin məlumatına görə, İngiltərə dövlətinin mənzil sektorunda yaşanan problemlərə laqeyd yanaşmasına etiraz olaraq yüzlərlə nəfər Londonda aksiya keçirib.Ailələr, ictimai fəallar və birliklərin iştirak etdiyi bu etiraz aksiyasında minlərlə nəfərin yaşamını çətinləşdirən mənzil böhranının həll edilməsi tələb edilib.
5 il ərzində Londonun şərqində 12 000 mənzilin inşa edilməsi qərara alınıb. Bu mənzillərdən sadəcə 400-ü az təminatlı ailələrin ixtiyarına veriləcək.
Halbuki, xeyriyyə təşkilatlarının dediklərinə görə, dövlətdən ev almaq üçün 21 000 nəfər qeydiyyatdan keçib.