Türkiyə Suriyada bir Rusiya qırıcısını vurdu
Noy 24, 2015 16:31 Asia/Baku
Türkiyə bu ölkə qırıcısının Suriya ilə sərhəd məntəqədə Rusiyanın bir ədəd Su-24 qırıcısını vurduğunu bildirib.
Röyters-in verdiyi məlumata görə, Ankara Rusiya qırıcısının bu gün Türkiyənin hava sərhədlərini pozduğunu və xəbərdarlıq edildikdən sonra vurulduğunu bildirib.Bu məlumata görə, vurulmuş təyyarə Suriyanın türkmənlər yaşayan və Cəbəlül-Türkmən(Türkmən dağı) bölgəsində süqut edib. Təyyarənin süqut etdiyi məntəqənin türkmən əhalisi təyyarənin pilotlarından birini tapdıqlarını və digər pilotu axtardıqlarını bildiriblər.
Rusiyanın Müdafiə Nazirliyi də Suriya ilə sərhəd məntəqədə bir ədəd qırıcısının vurulmasını, amma, pilotların vaxtında təyyarəni tərk edə bilmələrini təsdiq edib.
Rusiya bu ölkə qırıcısının Türkiyə sərhədlərini pozmadığını bildirib.
Türkiyə baş naziri isə bu ölkənin xarici işlər naziri və silahlı qüvvələrin baş qərargah rəisi ilə birlikdə Suriya ilə sərhəd məntəqədə bir ədəd Rusiya qırıcısının vurulması məsələsini araşdırmaq üçün fövqəladə iclas təşkil edib.
Bu barədə məlumat yayan Türkiyə Baş Nazirlik Ofisi bildirib ki, Davudoğlu Suriya ilə sərhəd məntəqədə baş verən olaylarla bağlı NATO, BMT və əlaqədar ölkələr ilə məsləhətləşmələrin aparılması üçün bu ölkənin Xarici İşlər Nazirliyinə göstəriş verib.