Vaşinqton geo-siyasi oyunlardan əl çəksin
https://azeri.sahartv.ir/news/dünya-i200067-vaşinqton_geo_siyasi_oyunlardan_əl_çəksin
Rusiya xarici işlər nazirinin müavini çərşənbə günü ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyalarına reaksiyada deyib: Vaşinqton geo-siyasi oyunlardan əl çəkməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2015 06:23 Asia/Baku
  • Vaşinqton geo-siyasi oyunlardan əl çəksin
    Vaşinqton geo-siyasi oyunlardan əl çəksin

Rusiya xarici işlər nazirinin müavini çərşənbə günü ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyalarına reaksiyada deyib: Vaşinqton geo-siyasi oyunlardan əl çəkməlidir.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Sergey Ryabkov əlavə edib: Moskva Amerikanın Suriya barəsində Rusiya əleyhinə tətbiq etdiyi yeni sanksiyaların mənasını anlamır.
O əlavə edib: Amerikanın Suriya məsələsinə görə Rusiya əleyhinə sanksiyalar tətbiq etməsi əlaqələrin mürəkkəbləşdirilməsi üçün addımdır.
Ryabkovun sözlərinə görə, bu hərəkət Vaşinqtonun sanksiyalar vasitəsi ilə Rusiyanın mövqeyini dəyişdirmək istədiyini göstərir. Lakin bu mövqe dəyişməyəcək və olduğu kimi qalacaqdır.
Rus rəsmisi əlavə edib: Vaşinqton geo-siyasi oyunlardan əl çəkməli və terrorizmlə mübarizə üçün vahid cəbhəyə önəm verməlidir.
Ryabkov deyib: Aydındır ki, bu, iki tərəf arasındakı əlaqələrdə yeni və mürəkkəb andır.
ABŞ-ın Xəzinədarlıq Nazirliyi çərşənbə günü bildirib: Amerika Suriya prezidenti Bəşşar Əsədi dəstəklədiyinə görə 10 müəssisə, o cümlədən Rusiya bankına sanksiyalar tətbiq edib.