Rusiyanın Ukraynaya qaz ixracı dayandırılıb
https://azeri.sahartv.ir/news/dünya-i200071-rusiyanın_ukraynaya_qaz_ixracı_dayandırılıb
Rusiyanın QazProm şirkəti yeni ödənişlər ediləcəyi zamana qədər Ukraynaya qaz ixracını dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2015 07:28 Asia/Baku
  • Rusiyanın Ukraynaya qaz ixracı dayandırılıb
    Rusiyanın Ukraynaya qaz ixracı dayandırılıb

Rusiyanın QazProm şirkəti yeni ödənişlər ediləcəyi zamana qədər Ukraynaya qaz ixracını dayandırıb.

Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiyanın QazProm şirkəti bildirib: Çərşənbə günü saat 7-dən Ukraynanın satın aldığı qaz sona çatmışdır.
QazProm bildirib: Ukraynaya qaz ixracının dayandırılması qış fəslində bu şirkətin Avropaya qaz tranziti üçün ciddi təhdid yaradacaqdır.
Bu arada Rusiyanın Fövqəladə Hallar Nazirliyi Ukraynanın şərq bölgələrinə 1000 ton humanitar yardım göndərildiyini bildirib.
2014-cü ilin aprelində Donetsk və Luqansk əhalisinin Ukraynanın yeni hökumətini rəsmən tanımamalarından sonra Ukraynanın şərqində müxaliflərlə Kiyev qüvvələri arasında qarşıdurmalar başlanıb və indiyə qədər davam edir.