Noy 29, 2015 14:51 Asia/Baku
  • Türkiyə Suriyada terrorçuları himayə etməsi üzrə xəbərlərin yayılmasına mane olur
    Türkiyə Suriyada terrorçuları himayə etməsi üzrə xəbərlərin yayılmasına mane olur

Jurnalist Arzu Qeybulla Türkiyə dövlətinin bu ölkənin Suriyada terrorçuları himayə etməsi üzrə xəbərləri senzura etdiyini deyib.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Türkiyə ermənilərinin qəzeti olan "Aqos" qəzetinin əməkdaşı, jurnalist Arzu Qeybulla bazar günü Sputnik radiosuna verdiyi müsahibədə Türkiyədə Cümhuriyyət qəzetinin baş redaktoru Can Dündar və bu qəzetin Ankara təmsilçisi Erdem Gülün həbs edilməsinə işarə edərək, deyib: Türkiyə hökuməti jurnalistlərin Ankaranın "Suriya terrorçularını" himayə etməsi barədə xəbər yaymalarını istəmir.
İstanbul məhkəməsi ötən cümə axşamı Cümhuriyyət qəzetinin baş redaktoru və bu qəzetin Ankaradakı təmsilçisi Erdem Gülün həbs edilməsi barədə qərar çıxarıb.

Teqlər