BMT BA sionist rejimin NPT-yə qatılması barədə qətnamə qəbul edib
-
BMT BA sionist rejimin NPT-yə qatılması barədə qətnamə qəbul edib
Dünya ölkələri sionist rejimin NPT-yə qatılmasını istəyiblər.
Fələstinin Əlrəy xəbər agentliyinin məlumatına görə, 157 ölkə BMT Baş Assambleyasının sionist rejimin NPT-yə qoşulması barədəki qətnaməsinin lehinə səs verib.
Bu məlumata görə, 157 lehinə səslə qəbul olunmuş bu qətnamədə sionist rejimin NPT-yə qoşulmasının önəmi, işğal olunmuş Fələstində nüvə silahının ehtiyat edilməməsi və ya işlədilməməsi, hər cür atom silahının məhv edilməsi, həmçinin bu rejimin bütün nüvə təsisatları və elektrik stansiyalarına beynəlxalq nəzarət vurğulanıb.
Amerika, Kanada, Mikroneziya, Panama və sionist rejim bu qətnamənin əleyhinə, 20 ölkə də bitərəf səs veribdir.
Ekspertlərin sözlərinə görə, sionist rejim 200-dən çox nüvə başlığına malik olaraq, Yaxın Şərqdə atom silahlarına malik yeganə tərəfdir.
BMT-nin Baş Assambleyası bazar ertəsi günü İranın nüvə qüdrətlərinin tərki-silahının izlənilməsi barədəki qətnamə layihəsini qəbul etdi.
BMT Baş Assambleyası 12 bitərəf və 48 əleyhinə səs qarşısında 121 lehinə səslə Beynəlxalq Tərki-Silah və Təhlükəsizlik Komitəsinin qeyri-icbari qətnaməsini qəbul etdi.
İran bu qətnaməni NTP üzrə üç konfransın- 1995, 2000 və 2010-cu illər konfranslarının qərarları əsasında tənzim etmişdi.