Dek 15, 2015 09:48 Asia/Baku
  • Nigeriya şiələrinə hücumda CIA-nın rolu
    Nigeriya şiələrinə hücumda CIA-nın rolu

Ərəb siyasi ekspertlər Amerikanın casusluq təşkilatlarının Nigeriya şiələrinə hücumdakı rolundan xəbər veriblər.

Ərəb politoloq Əli Əbu Əlxəyr Əlaləm telekanalı iə müsahibədə Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Əlzəkzakinin mənzilinə qarşı hücumun cəhətlləri barədə deyib ki, Nigeriyada firqəvi toqquşmaları qızışdırmaq üçün xarici fitnəkarlıq cərəyan edir.

Əbu Əlxəyr sonra deyib: Nigeriya ordusu bildirir ki, bu ölkə ordusunun qərargah rəisinə sui-qəsd etmiş amilləri həbs etmək istəyir, amma məlum deyildir ki, nə üçün Şeyx Əlzəkzakini həbs və bu ölkə şiələrinin hüseyniyyəsinə hücum edibdir.

Ərəb siyasi ekspert həmçinin bildirib ki, Bokoharam qrupu Əlqaidə və İŞİD kimi bir terror qrupudur və bu qruplar qadın və uşaqları qətlə yetirirlər. O, qeyd edib ki, Nigeriya ordusu terror qrupları ilə döyüşmək əvəzinə, mülkilərə hücum edir, halbuki bu mülkilər heç bir günah işləməyib və Nigeriyanın təhlükəsizliyi üçün bir təhdid deyillər.

Ərəb siyasi ekspert vurğulayıb ki, Amerika Mərkəzi Kəşfiyyat Agentliyi Nİgeriyada sünnilərlə şiələr arasında qarşıdurmaların şiddətlənməsində mühüm rol oynayır.

Teqlər