Dek 17, 2015 18:58 Asia/Baku
  • İŞİD tərəfindən
    İŞİD tərəfindən "keptaqon" psixotrop və narkomaddənin istehsalı barədə xəbərdarlıq

BMT-nin baş katib müavini və cinayət və narkomaddələrlə mübarizə ofisinin icra müdiri xəbərdarlıq edib ki, İŞİD "keptaqon" psixotrop və narkomaddə istehsal edir.

IRNA-nın məlumatına görə, Yuri Fedotov deyib ki, İŞİD öz hökmranlığı altda olan məntəqələrdə "keptaqon" psixotrop və narkomaddə istehsal etməkdədir.

O, deyib ki, bu maddələr İŞİD qüvvələrinin istehlakı və xaricə ixrac üçün istehsal edilir.

Fedotov bildirib ki, bu maddələrin istehsalında ən mühüm hədəf, bu terror qrupu tərəfdarları və qüvvələrini narkoman etməkdir, zira bu narkomaddələr terrorçularda düşmənçilik hissiyatlarını artırır və rəhm və şəfqəti onu istehlak edənlərin ürəyindən çıxarır.

BMT-nin baş katib müavini vurğulayıb ki, narkomaddə ticarəti İŞİD-in neft və qədim əşyaların qaçaqmalçılığı, eləcə də ailələrindən bac almaq üçün şəxslərin oğurlanmasının kənarında gəlir əldə etmə metodlarından başqa birisidir.

Teqlər