Ərdoğan: Hərbçilərimiz İraqda qalacaqlar
-
Ərdoğan: Hərbçilərimiz İraqda qalacaqlar
Türkiyə prezidenti bir daha bu ölkə hərbçilərinin İraqda qalacağını vurğulayıb.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən səsləndirilən fikirlərin əksinə olaraq, bu ölkə prezidenti Rəcəb Təyyib Ərdoğan bildirib ki, Türkiyə öz hərbçilərini İraqdan çıxartmayacaq.
Bundan öncə Türkiyə Xarici İşlər Nazirliyi Ankaranın İraqa hərbi qüvvə göndərməyəcəyini bildirmişdi.
Türkiyə prezidenti həmçinin, bu ölkə hərbçilərinin İraqda hərbi əməliyyatlarda iştirak etmədiklərini və Türkiyənin iraqlı qüvvələrin hərbi təlimlərin keçilməsində qətiyyətli olduğunu bildirib.
Bağdad-Ankara münasibətlərindəki gərginlik təqribən 2 həftə öncə Türkiyə hərbçilərinin hərbi təchizatlar və zirehli maşınlar ilə İraq ərazisinə daixl olmasının ardınca yeni müstəviyə daxil olub və Bağdad nəhayət ötən cümə məsələ ilə bağlı BMT TŞ-yə müraciət etdi.