İndoneziya paytaxtındakı partlayışların amilləri aşkarlanıb
-
İndoneziya paytaxtındakı partlayışların amilləri aşkarlanıb
İndoneziyanın paytaxtı Cakartada törədilmiş terror partlayışlarının amilləri aşkarlanıbdır.
IRNA-nın məlumatına görə, Cakartanın polis rəisi şəhərin Srinah məntəqəsindəki terror hücumlarının amillərinin aşkarlanmasından xəbər verib və deyib ki, İndoneziya İŞİD ilə mübarizə üçün qonşu ölkələrlə həmkarlığı gücləndirməlidir.
Cakartanın polis rəisi Tito Karnavyan indiyədək bu hücumların amillərinin kimliklərini bildirməyibdir.
İndonziya ilə qonşu ölkələr, o sıradan Malayziya, Sinqapur və Filippin bu hücumlardan sonra təhlükəsizlik xəbərdarlıqları səviyyəsini artırıblar.
Bütün İndoneziya boyunca polis rəisləri hazırda hazır vəziyyətdədirlər və xarici turistlərdən istənilibdir ki, qeyri-zəruri gediş-gəlişlərdən çəkinsinlər.
Cümə axşamı günü İndoneziyanın paytaxtı Cakartada prezident sarayı və mərkəzi bankın yaxınlığında baş vermiş partlayışlarda beş terrorçu daxil olmaqla yeddi nəfər ölüb, 24 nəfər də yaralanıbdır.
Terrorçu İŞİD qrupu bu terror hücumlarının məsuliyyətini üzərinə götürübdür.