Fransa İran təyyarələrinin yanacağına olan sanksiyanı ləğv etdi
https://azeri.sahartv.ir/news/dünya-i204834-fransa_İran_təyyarələrinin_yanacağına_olan_sanksiyanı_ləğv_etdi
Fransa Əhatəli Müştərək Təşəbbüs Proqramının icra olunmasından sonra ilk addımda İranın sərnişin təyyarələrinin yanacaq doldurmasına tətbiq etdiyi sanksiyaları ləğv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2016 06:47 Asia/Baku
  • Fransa İran təyyarələrinin yanacağına olan sanksiyanı ləğv etdi
    Fransa İran təyyarələrinin yanacağına olan sanksiyanı ləğv etdi

Fransa Əhatəli Müştərək Təşəbbüs Proqramının icra olunmasından sonra ilk addımda İranın sərnişin təyyarələrinin yanacaq doldurmasına tətbiq etdiyi sanksiyaları ləğv edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, çərşənbə axşamı günü İranAir hava yolları şirkəti 5 ildən sonra Parisin Ourli hava limanında yanacaq doldurmuş və sonra Tehran istiqamətində uçmuşdur.

İran və 5+1 qrupu arasında Əhatəli Müştərək Təşəbbüs Proqramının icra olunması ilə İran təyyarələri bundan sonra Paris hava limanlarında yanacaq doldura bilərlər.

Bu məlumata görə, 5 il öncədən indiyə qədər İran təyyarələri Paris hava limanlarında yanacaq almaq problemi ilə üzləşir və Parisdən döndüyü zaman hava limanlarından birində eniş edərək yanacaq doldurmalı və Tehran istiqamətində uçmalı idilər.