Yan 20, 2016 18:45 Asia/Baku
  • 
Yunanıstanda geniş tətil aksiyalarına başlandı
    Yunanıstanda geniş tətil aksiyalarına başlandı

Yunanıstanda narazı xalq kütləsi hökumətin iqtisadi qənaət siyasəti əleyhinə geniş tətil aksiyalarına başlayıblar.

İRNA-nın məlumatına görə, Yunanıstanın Gəmiçilik Birliyi bir bəyanat yayaraq, bütün dövlət və özəl gəmiçilik şirkətləri işçiləri bu gündən etibarən 48 saat müddətinə, hökumətin iqtisadi qənaət siyasətinə etiraz olaraq, tətil aksiyasına başlayıblar.

Bu birlik Yunanıstan hökumətinin sosial sığortalarla bağlı islahatlarını kəskin formada tənqid edib və deyib: Sosial sığorta ilə bağlı islahatlar əslində təqaüd yaşının artırılmasına, əmək haqqının və təqaüd imtiyazlarının azalmasına və sonda az gəlirli təbəqənin yoxsullaşmasına səbəb olacaq.

Yunanıstan dövləti Avropa Birliyi və kredit verən tərəflərin istəyi əsasında sosial sığorta ilə bağlı qanunlara düzəliş edərək, tezliklə yeni qanun layihəsini Parlamentə təqdim etmək istəyir.

Teqlər