NATO İŞİD ilə mübarizədə heç bir hərbi rol oynamayacaq
https://azeri.sahartv.ir/news/dünya-i207316-nato_İŞİd_ilə_mübarizədə_heç_bir_hərbi_rol_oynamayacaq
Şimali Atlantika Alyansı NATO-nun baş katibi bu qüvvələrin İŞİD ilə müharibədə heç bir hərbi rola malik olmayacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2016 11:27 Asia/Baku
  • NATO İŞİD ilə mübarizədə heç bir hərbi rol oynamayacaq
    NATO İŞİD ilə mübarizədə heç bir hərbi rol oynamayacaq

Şimali Atlantika Alyansı NATO-nun baş katibi bu qüvvələrin İŞİD ilə müharibədə heç bir hərbi rola malik olmayacağını bildirib.

Təsnim xəbər agentliyi Sputnik-ə istinadla bildirib: Yens Stolenberq çərşənbə axşamı jurnalistlər qarşısında verdiyi açıqlama zamanı deyib: NATO qüvvələri anti-İŞİD koalisiyasının bir hissəsidir. Amma, NATO İŞİD-ə qarşı savaşda heç bir rol almayacaq.

Stolenberq əlavə edib: NATO "Avaks" tipli kəşfiyyat təyyarələrini anti-İŞİD koalisiyasının ixtiyarına vermək qərarına gəlib və İŞİD-ə qarşı mübarizədə yerli qüvvələrə təlim keçməklə kifayətlənəcək.

ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasına 60 ölkə daxildir. Bu koalisiya 2014-cü ilin sentyabrından İŞİD-in Suriyadakı mövqelərinə qarşı hava hücumları həyata keçirir. Bu hücumlar BMT Təhlükəsizlik Şurasının razılığı olmadan həyata keçirilir və indiyə kimi İŞİD-ə qarşı savaşda heç bir irəliləyişə səbəb olmayıb.