Siemens İranla uzunmüddətli və davamlı əməkdaşlığı istədi
-
Siemens İranla uzunmüddətli və davamlı əməkdaşlığı istədi
Siemens Şirkətinin Rəyasət Heyətinin üzvü deyib: Bu kompaniya ilə İranın Məpna Şirkəti arasında yeni müqavilə iqtisadi əməkdaşlıq üçün yaxşı örnək ola bilər.
ŞANA-nın məlumatına görə, Almaniyanın Siemens Şirkətinin Rəyasət Heyətinin üzvü Ziqfred Rosvom cümə axşamı günü İranın neft nazirinin iştirakı ilə Berlində Siemenslə Məpna arasında müqavilənin imzalanmasından sonra deyib: Bu iki şirkət arasında müqavilə qarşılıqlı etimada əsasən əldə olunub və iki ölkə üçün daha böyük fürsətlərə imkan yarada bilər.
Siemens Şirkətinin Rəyasət Heyətinin üzvü Siemens və Məpnanın əməkdaşlığının qarşılıqlı etimada əsasən baş tutduğunu bildirərək ümidvarlıq edib ki, hər iki tərəf bu sahədə yaxşı mənafeyi əldə etdi.
Ziqferd Rosvom əlavə edib: İran qonşu ölkələrə xidmətlərin çatdırılması məqsədilə Siemens üçün çox yaxşı baza hesab olunur. Həmçinin bu əməkdaşlıq İran və Almaniya arasında digər iqtisadi ortaqlıqlar üçün yaxşı örnək ola bilər.