Mart 13, 2016 11:49 Asia/Baku
  • Portuqaliya miqrant barədə Yunanıstan və Türkiyəyə yardıma qarşı çıxdı
    Portuqaliya miqrant barədə Yunanıstan və Türkiyəyə yardıma qarşı çıxdı

Portuqaliya baş naziri bildirib: Bu ölkə parlamentini deputatları Yunanıstan və Türkiyəyə yardımların edilməsi üzrə Avropa Birliyinin qanununa qarşıdırlar.

Röytersin məlumatına görə, Portuqaliya baş naziri Antoni Kosta şənbə günü bu ölkə parlamentinin Avropa Birliyinin Yunanıstan və Türkiyəyə yardımına qarşı çıxdığını bildirib.

O həmçinin deyib: Çox ehtimalla parlamentin sosialist və liberal demokrat cinahları Avropa Birliyinin miqrantların yerləşdirilməsi üzrə Yunanıstan və Türkiyəyə kreditlərinə qarşı çıxacaqlar.

Portuqaliya baş nazirinin sözlərinə görə, parlament deputatlarının fikrincə, Yunanıstan və Türkiyəyə nağd kreditlərin verilməsi qəbuledilməzdir və Avropa Birliyinin məsuliyyətsizliyidir.

Avropa Birliyi miqrantların Türkiyədə yerləşdirilməsi üçün bu ölkəyə 3 milyard avro yardım etməyi təsdiqləyib.

Portuqaliya miqrantların yerləşdirilməsi üçün Türkiyəyə 24 milyon avronun nəql edilməsi ilə razılaşıb.

Teqlər