İstanbulda BMT-nin humanitar sammiti işə başladı
-
İstanbulda BMT-nin humanitar iclası işə başladı
Miqrant böhranının həlli üzrə bütün ölkələrin iştirakını cəlb etmək məqsədilə BMT-nin Humanitar Yardım ilk beynəlxalq sammiti Türkiyənin İstanbul şəhərində işə başlayıb.
İRNA-nın məlumatına görə, bu sammitdə BMT baş katibi Ban Ki Mun, Almaniya kansleri Angella Merkel və 60-dan çox ölkənin nümayəndəsi iştirak edir. İclasın məqsədi dünyada təxminən 60 milyon didərginə və 125 milyon ehtiyaclıya maliyyə yardımı etməkdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu sammitdə etdiyi çıxışında insan böhranlarının bütün dünya ölkələri üçün böyük təhlükələr yaratdığını bildirərək deyib: Türkiyə öz sərhədlərini miqrantların üzünə bağlamır.
Ərdoğan həmçinin dünyada böhranlar və daxili müharibələrin dərhal həllinin vacibliyini vurğulayıb və deyib: Bütün ölkələr Suriya böhranının əsaslı həlli üçün çalışmalıdırlar.
BMT rəsmiləri də bu sammiti mövcud böhranlarla qarşılaşmaq və humanitar məsələlərin həlli məqsədilə yeni strategiyanın tapılması üçün analoqu olmayan fürsət adlandırıblar.