Ərdoğan Putinə məktub göndərib
-
Ərdoğan Putinə məktub göndərib
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu göndərib.
Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb.
Türkiyənin baş naziri Binəli Yıldırım da rusiyalı həmkarı Dmitri Medvedevə təbrik məktubu göndərib.
Məktubda Türkiyə baş nazirinin yaxın vaxtlarda iki ölkə arasında münasibətlərin və əməkdaşlığın xalqların ümumi marağı üçün vacib olduğu səviyyəyə çatacağını arzuladığı qeyd olunur.
Türkiyə rus qırıcısını Suriya ilə sərhəddə vurduğuna görə, iki ölkə əlaqələri pisləşdi və türk şirkətlərinin rusiyadakı fəaliyyətləri dayandırılıd.
Putin əlaqələrin normallaşmasını Türkiyənin üzr istəməsi ilə şərtləndirib.