Putin Ərdoğanın məktubuna cavab vermədi
-
Putin Ərdoğanın məktubuna cavab vermədi
Kreml Sarayı Türkiyə prezidentinin rus həmkarına məktubuna reaksiyada bildirib: Rəcəb Tayyib Ərdoğanın son məktubuna cavab verməyə ehtiyac yoxdur və protokoldan başqa mətndə diqqəti cəlb edəcək məsələ yox idi.
Rusiya Seqodnyanın məlumatına görə, Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov çərşənbə günü bildirib: Türkiyə prezidentinin məktubu adi və protokol xarakterilidir və cavabı yoxdur.
Ərdoğan çərşənbə axşamı günü Rusiyanın Milli Günü münasibəti ilə bu ölkə prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb. Bu məktub iki ölkənin əlaqələrində 6 ay gərginliyin sonu üçün başlanğıc nöqtəsi olsun, ən azı Moskvanın Ankara əleyhinə irimiqyaslı sanksiyalarının azalması ilə nəticələnsin.
Ərdoğan öz məktubunda ümidvarlıq edib ki, Türkiyə və Rusiya əlaqələri yenidən öz normal vəziyyətinə qayıdacaq və genişlənəcək.
Ərdoğanın Putinə məktub ünvanlaması ilə yanaşı, Türkiyə baş naziri Binəli Yıldırım da Rusiya baş naziri Dmitri Medvedyevə məktub ünvanlayıb və bu ölkəni Milli Günü münasibəti ilə təbrik edərək ümidvarlıq edib ki, iki ölkə əlaqələri qarşılıqlı mənafe istiqamətində münasib səviyyəyə yüksələcək.
Moskva və Ankaranın əlaqələri 2015-ci il 23 noyabrda Türkiyə qırıcılarının Suriya hava zolağında Rusiya qırıcısını vurması ilə sərt şəkildə gərginləşdi və Rusiya bundan sonra iqtisadi sanksiyalar tətbiq edərək qarşı tərəfin əlaqələrin normallaşdırılması üzrə müraciətlərini rədd edib.
Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, Türkiyə ilə əlaqələrin normallaşdırılması Türkiyənin üzr istəməsi və kompensasiya ödəməsi ilə şərtlənib.