Tramp: Klinton ABŞ tarixinin ən korrupsioner prezident namizədidir
-
ABŞ prezident seçkilərində Respublikaçıların namizədi
ABŞ prezident seçkilərində Respublikaçıların namizədi Demokrat rəqibini bu ölkə tarixinin ən korrupsioner prezidentlik namizədi adlandırıb.
Russia Today İnformasiya Agentliyinin məlumatına görə, ABŞ prezident seçkilərində Respublikaçı namizəd Donald Tramp sabiq dövlət katibi və demokratların prezidentliyə namizədi Hillari Klintonu çoxlu dollarlar arasında göstərib və şəkildə onun yanındakı ulduzun qarşısında tarixin ən korrupsioner namizədi ifadəsini yazıb.
Qeyd edək ki, Trampın bu hərəkəti ona baha başa gəlib və onun Klintona qarşı təbliğ etmək məqsədi yerinə şəkildə onun yanındakı Davud ulduzu qalmaqala çevrilib. Tənqidçilər kökü II Dünya Müharibəsində olan irqçilik rəftarına görə Trampı tənqid atəşinə tutublar.
ABŞ-da prezidentliyə namizədlərin partiya daxili seçkiləri sona çatıb. Donald Tramp 1441 və Hillari Klinton 1766 səslə Respublikaçılar və Demokratların əsas iki namizədidir.
Prezident seçkilərinin yekun mərhələsi 2016-cı il noyabrda keçiriləcək.