İyul 06, 2016 19:36 Asia/Baku
  • Kəşmirdə müsəlmanların aksiyası
    Kəşmirdə müsəlmanların aksiyası

Hindistanın nəzarəti altda olan Kəşmirdə xalq və polis arasındakı toqquşmada altı nəfər, o sıradan iki polis və bir fotoqraf ölüb, üç nəfər də yaralanıbdır.

IRIB-nin məlumatına görə, Hindistanın nəzarəti altda olan Kəşmirin müsəlman əhalisi bu gün Fitr bayramı namazından sonra aksiya keçirərək, Hindistanın yerli və mərkəzi dövlətinin siyasətlərinə etiraz edib və polis də gözyaşardıcı qazla aksiyanı dağıdıbdır.

Aksiyaçılar habelə Kəşmir Hüriyyət Konfransının liderlərindən olan Yasin Malik və Mir Vaiz Ömər Faruq, eləcə də Seyid Əli şah Gilaninin ev dustaqlığından buraxılmalarını tələb ediblər.

Kəşmir Hüriyyət Konfransının liderləri bundan öncə əhalidən istəmişdilər ki, Fitr bayramı namazından sonra siyasi məhbusların azad edilməmələri və Camu məntəqəsində müsəlmanların incidilmələrinə qarşı, eləcə də spirtli içkilərin alqı-satqısının qadağan olunması tələbi ilə aksiya keçirsin.

Teqlər