Fransalı nazir Urmiyə gölü ilə yaxından tanış oldu
https://azeri.sahartv.ir/news/dünya-i232115-fransalı_nazir_urmiyə_gölü_ilə_yaxından_tanış_oldu
Fransanın ekologiya və energetika naziri İrana səfərinin 2-ci günündə Urmiyə gölünün son vəziyyəti ilə yaxından tanış oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2016 11:56 Asia/Baku
  • Fransalı nazir Urmiyə gölü ilə yaxından tanış oldu
    Fransalı nazir Urmiyə gölü ilə yaxından tanış oldu

Fransanın ekologiya və energetika naziri İrana səfərinin 2-ci günündə Urmiyə gölünün son vəziyyəti ilə yaxından tanış oldu.

Xanım Mari Saqolen Royal ötən gün bir heyətin və Fransanın Tehrandakı səfirinin müşayiəti ilə Urmiyə hava limanına daxil oldu və dərhal Qərbi Azərbaycan valisi ilə görüşdü.

Bu görüşdə iki tərəf Urmiyə gölünün son ekoloji vəziyyəti barəsində fikir mübadiləsi apardı. Və dünyanın 2-ci şor gölünün bərpasının sürətləndirilməsi üçün ortaq əməkdaşlıqları istədilər.

Fransanın ekologiya və energetika naziri və onu müşayiət edən heyət bu görüşdən sonra, səmadan Urmiyə gölünün son ekoloji vəziyyəti ilə tanış oldular.

Fransanın ekologiya və energetika naziri deyib: Mən bu gözəl məntəqə ilə yaxından tanış oldum. Çox gözəl mənzərəli məntəqədir. Amma faciəvi şəkildə quraqlıqla üzləşir. Çox təəssüflənirəm. Amma hökumətin atdığı addımlar və göstərdiyi fəaliyyətlər bu bölgənin yaxşılaşmasına kömək edir. İran İslam Respublikası çox yaxşı fəaliyyətlər göstərmişdir. Biz bu sahədə əməkdaşlıq etməyə hazırıq.

Kənd təsərrüfatı funksiyasının yüksəldilməsi və kənd təsərrüfatında yeni suvarma metodlarının tətbiq olunması Fransanın ekologiya və energetika nazirinin Urmiyə gölünün bərpa olunmasında Fransa tərəfinin aktiv rol oynaması üzrə vəd etdiyi sahələr idi.

Fransanın ekologiya və energetika naziri Urmiyə gölü ilə yaxından tanış olduqdan sonra İsfahana yollandı. Belə ki, bu şəhərin tarixi əsərləri ilə də yaxından tanış olsun.