Tramp: Amerikada qaradərililərin durumu faciəlidir
-
Donald Tramp
Amerika prezident seçkilərinə namizəd bu ölkədə qaradərililərin durumunu faciəli adlandırıb.
CNN telekanlının məlumatına görə, Amerika prezident seçkilərinə Respublikaçıların namizədi Donald Tramp Vaşinqton ştatının Everett şəhərində öz tərəfdarları qarşısındakı çıxışında deyib: Milyonlarla amerikalı qaradərili bir çox uğurlar qazana bilib. Onlar bizim həyatımızın bütün sahələrində rol oynayıblar. Onlar çox kömək ediblər. Biz belə bir uğur üçün şənlik keçirməliyik. Onlar müxtəlif elm, incəsənət və idman sahələrində diqqətəlayiq uğurlar qazana biliblər. Milyonlarla qaradərili sahibkar və yenilikçi Amerika cəmiyyətinin orta təbəqəsindən olan milyonlarla qaradərili bu zümrədə yerləşir. Amma bunun kənarında bu iradədən geri qalmış kəslər barədə də danışmalıyıq. Onlar əzab-əziyyətlərə qatlaşan, faciəli şəraitdə yaşayan milyonlarla nəfərdir. Onlar son dərəcə dəhşətli zorakılıqlar, narkomaddələr və tam yoxsulluğun hökm sürdüyü şəhərlər və məhəllələrdə yaşayırlar.
Elə buna görədir ki, hər gecə xəbərləri dinləyəndə həmin məntəqələrdə dəhşətli zorakılıqlar haqda xəbərlərin olduğunu görürsünüz. Amerikada heç bir qrup qaradərililər qədər Hillari Klintonun və demokratların siyasətlərindən zərər çəkməyibdir. Demokratlar ötən əlli, yetmiş, səksən, yaxud doxsan il və hətta yüz ildə şəhərlərimizin idarə edilməsini əllərində saxlayıblar. Bundan yaxşı bir şahid ola bilməz ki, Hillari Klintonun miqrasiya sahəsindəki siyasətləri qanunsuz miqrantların bu ölkəyə daxil olmalarına səbəb olur və nəticədə zəhmətkeş qaradərili və latın mənşəli vətəndaşlardan istədikləri iş fürsətləri alınır. Amerikaya gələn, özü də haradan gəldiklərini bilmədiyimiz milyonlarla miqrant üçün iş fürsətləri, sığorta və müalicə xidmətləri yaratmaq yerinə, şəhərlərimizi bərpa etməli və illər boyu çətinliklə öz güzəranlarını keçirən amerikalılar üçün iş fürsətləri yaratmalıyıq.
O, deyib: Mən bu gecə daha yaxşı gələcək, real müsbət dəyişikliklər görmək istəyən qaradərili və latın mənşəli amerikalılardan mənə səs vermələrini istəyirəm. Demokratların rejimi illər boyu şəhərlərimizin idarə edilməsini əlində saxlayıb. Eynilə Hillari Klintonun siyasətləri olan demokratların siyasətləri yalnız yoxsulluq və işsizliyin yaranmasına səbəb olub; bizim məktəblərimizi faydasız edib və səbəb olubdur ki, ailələrimiz dağılsın, cinayətlər artsın və bu vəziyyət günbəgün pisləşir. Onlar xalqın vəziyyətinə diqqət yetirmirlər. Onlar yalnız xalqın səsinin ardıncadırlar. Onlar bir neçə on il xalqdan sui-istifadə ediblər və hələ də bu işlərini davam etdirəcəklər. Hər on qaradərili amerikalı uşaqdan dörd uşaq yoxsulluq içində yaşayır. Altı yaşından aşağı uşaqların qırx beş faizi də bu vəziyyətdədir. Qaradərili gənclərin 58 faizi işsizdir. İki milyon latın mənşəli amerikalı 2009-cu ildən bəri yoxsul şəxslər sırasına əlavə olub. Ditroyt şəhərində vətəndaşların yarısı işsizdir. Miluoki şəhərində 24-54 yaşları arasında olan hər on qaradərili amerikalıdan dördünün işi yoxdur. Vaşinqton ştatında latın mənşəli uşaqların 65, qaradərili uşaqların isə 60 faizi gəlirləri aşağı olan ailələrdə yaşayır.