Fransa Türkiyənin Suriyadakı hərbi müdaxiləsini tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i232244-fransa_türkiyənin_suriyadakı_hərbi_müdaxiləsini_tənqid_edib
Fransa prezidenti Türkiyənin Suriyadakı təzadlı hərbi müdaxiləsini tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2016 08:19 Asia/Baku
  • Fransua Olland
    Fransua Olland

Fransa prezidenti Türkiyənin Suriyadakı təzadlı hərbi müdaxiləsini tənqid edib.

Assoşieyted-Press-in məlumatına görə, Fransa prezidenti Fransua Olland dünən deyib ki, çoxlu sayda və təzadlı müdaxilələr Suriyadakı təxribatçı savaşda vəziyyətin ümumi şəkildə kəskinləşməsi təhlükəsinə malikdir.

Olland bildirib ki, Türkiyənin İŞİD ilə savaşını və öz sərhədlərini qorumaq üzrə nigarançılığını dərk edir. Lakin o, Ankaranın Amerika koalisiyası ilə müttəfiq olan kürd yarımhərbçilərə qarşı hərəkətlərini tənqid edib.

Ölkəsi də Amerikanın əmri altda olan koalisyaya üzv olan Olland Fransanın Rusiya ilə həmkarlığını istəyib və deyib ki, Rusiya prezidenti Vladimir Putini oktyabrda Fransaya səfərə dəvət edəcək.

Fransa prezidenti habelə deyib: Rusiya müzakirələrdə rol oynamalıdır, amma əməldə savaşda baş rolu oynamaqdan çəkinməlidir.