Hillari Klinton Donald Trampı səlahiyyətsiz adlandırıb
https://azeri.sahartv.ir/news/dünya-i233471-hillari_klinton_donald_trampı_səlahiyyətsiz_adlandırıb
ABŞ-ın qarşıdan gələn prezident seçkilərinə demokrat namizəd özünün respublikaçı rəqibinin prezident kürsüsündə oturmağa layiq olmadığını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2016 03:56 Asia/Baku
  • Hillari Klinton
    Hillari Klinton

ABŞ-ın qarşıdan gələn prezident seçkilərinə demokrat namizəd özünün respublikaçı rəqibinin prezident kürsüsündə oturmağa layiq olmadığını deyib.

Röytersin verdiyi məlumata görə, Hillari Klinton bu gün Ohayo ştatının Klivlend şəhərində keçirilən təşviqat toplantısında çıxış edərək deyib: Donald Tramp əxlaqi baxımından prezidentlik kürsüsünə uyğun deyil və onun səlahiyyəti yoxdur. 

Demokrat partiyasının prezident seçkilərinə namizədi deyib: Donal Tramp meksikalı miqrantlar barədə ağılsız mövqelər tutub.

H.Klintonun dediyinə görə, D.Trampın 16 milyon meksikalının ABŞ-dan qovulması barədəki bəyanatları utandırıcıdır.

Respublikaçıların prezident seçkilərinə milyarder namzədi dünən Ohayoda keçirilən təşviqat kampaniyasında etdiyi çıxışı zamanı Ağ evin iqtisadi və bank siyasətləri barədə demyib ki, demokratlar səhv siyasətləri ilə Amerika iqtisadiyyatını iflasa uğratdılar. 

2016-cı il 8 noyabr ABŞ-da prezident seçkilərinə yaxınlaşdıqca demokrat və respublikaçılar partiyalarının iki namizədinin biri-birinə qarşı söz hücumları artmaqdadır.