Hillari Klinton Donald Trampa üstünlüyünü artırdı
https://azeri.sahartv.ir/news/dünya-i239366-hillari_klinton_donald_trampa_üstünlüyünü_artırdı
Yeni rəy sorğusunun nəticələrinə görə, ABŞ prezidentliyinə Demokrat namizəd Respublikaçı rəqibindən üstünlüyünü bir daha artırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2016 07:37 Asia/Baku
  • Hillari Klinton Donald Trampa üstünlüyünü artırdı
    Hillari Klinton Donald Trampa üstünlüyünü artırdı

Yeni rəy sorğusunun nəticələrinə görə, ABŞ prezidentliyinə Demokrat namizəd Respublikaçı rəqibindən üstünlüyünü bir daha artırıb.

Röyters İnformasiya Agentliyini məlumatına görə, çərşənbə axşamı günü yayımlanan Röyters və İPSES-in ortaq rəy sorğusunun nəticələri göstərir ki, Respublikaçı namizəd Donald Trampın qadınlar haqda əxlaqsız çıxışının video yazısı yayımlandıqdan sonra, "iki namizəddən hansını seçirsiniz?" sualına cavabda 42% Demokrat namizəd Hillari Klintonu və 29% isə Trampı seçib. 

Bu rəy sorğusuna əsasən, Hillari Klinton və Donald Trampın bu həftəki teledebatının azı bir hissəsini görənlər deyiblər ki, Klintonun qələbə ehtimalı 53, Trampın isə 32%-dir. 

NBC televiziyası və Wall Street Journal qəzetinin müştərək rəy sorğusuna əsasən isə, Respublikaçı namizəd Donald Trampa 35% dəstək qarşısında Demokrat namizəd Hillari Klinton 46% dəstəyi əldə edib. 

Qadınların cinsi əlaqələri barədə Trampın sözləri ilə əlaqədar yayımlanan video tənqidlər, hətta Respublikaçıların sərt qınağına tuş gəlib. Belə ki, bir qrup tanınmış Respublikaçı onun seçkilərdən çəkilməsini istəyib. 

Ağ Ev də çərşənbə axşamı günü bir bəyanat yayaraq Trampın qadınlarla bağlı əxlaqsız sözlərini pisləyib. 

ABŞ prezident seçkiləri 2016-cı il 8 noyabrda keçiriləcək.