Noy 24, 2016 12:55 Asia/Baku
  • "Lufthansa" 912 uçuşu ləğv etdi

Almaniyanın Lufthansa aviaşirkəti bildirib: Bu şirkət pilotlarının tətil aksiyasını davam etdirməsi ilə cümə axşamı günü 912 uçuşu ləğv etməyə məcbur olub.

Bu uçuşların ləğvi ilə 115 min sərnişin naməlum vəziyyətdə qalıb.

Bu şirkət çərşənbə günü də 900 uçuşunu ləğv etmişdi. Bu isə 100 min sərnişinin naməlum vəziyyətlə üzləşməsinə səbəb olmuşdu.

Lufthansa aviaşirkətinin pilotları öz maaşları ilə əlaqədar problemə görə tətil keçirirlər.

Lufthansa aviaşirkəti Almaniyada öz əsa brendində xərclərini azaltmağa, bununla da Avropada ucuz qiymətə uçuşlar təklif edən rəqibləri, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin hava yolları şirkətləri kimi inkişafda olan şirkətlərlə rəqabət aparmağa çalışır.

63 il öncə Almaniyanın Köln şəhərində fəaliyyətinə başlayan Lufthansa aviaşirkəti hazırda gəlir baxımından dünyanın ən böyük hava yolları şirkəti kimi tanınır.

Teqlər