Obama ABŞ xalqının iqtisadi problemlərini etiraf edib
Amerika prezidenti etiraf edibdir ki, bu ölkə xalqının iqtisadi problemləri davam etməkdədir.
IRNA-nın məlumatına görə, Amerika prezidenti Barak Obama cümə günü 2016-cı ildəki son mətbuat konfransında Amerikadakı ağır iqtisadi və ictimai durumu etiraf edib və bildirib ki, hələ də bu ölkə xalqının bir hissəsi ac və evsiz-eşiksizdir.
Obama həmçinin etiraf edib ki, Amerikada silahlı zorakılıqlar qarşısında öz uşaqlarını necə qorumağı bilməyən ailələr mövcuddur.
Amerika prezidenti, Donald Trampın bu ölkənin prezident seçkilərində qalib gəlməsi barədə isə deyib: Demokrat partiyası xalqı siyasi dəstək üçün səfərbər edə bilmədi.
Amerika prezidenti habelə deyib: Amerikalı rəsmilər Rusiyanın kiber hücumları barədə nigaran olmalıdırlar.
Amerika prezidenti 5+1 qrupunun İranla nüvə anlaşmasını önəmli bir nailiyyət adlandırıb.
Barak Obamanın sözlərinə görə, Vaşinqton Suriya hökumətinə qarşı təzyiqləri davam etdirəcəkdir.