ABŞ-ın müxtəlif bölgələrində atışmaların insan tələfatı
ABŞ polis rəsmilərinin dediklərinə görə, bu ölkənin müxtəlif ərazilərində baş verən atışmalar nəticəsində 7 adam ölüb, iki nəfər yaralanıb.
İRİB-nin verdiyi məlumata görə, ABŞ polisinin internet portalı məlumat verib ki, Florida ştatının Aventor şəhərində dünən baş verən atışmada 1 nəfər ölüb. Tennesi ştatının Arlinqton şəhərində də oxşar hadisə nəticəsində bir polis zabiti və bir mülki həyatını itirib.
Corciya ştatının Atlanta şəhərində isə atışma iki nəfərin ölümü ilə nəticələnib.
Polisin məlumatına görə Oklahoma ştatının Tulsa şəhərində isə silahlı insident bir nəfərin həyatına son qoyub.
Corciya ştatının Nyu-Port şəhərində isə atışma nəticəsində bir nəfər ölüb, bir nəfər də yaralanıb.
Həmin ştatın Kolb Kanti şəhərində də atışmalar bir nəfərin yaralanmasına səbəb olub.
Nyu-Port şəhərində də bir nəfər atışma nəticəsində yaralanıb.
Statistikalara görə, 2016-cı ilin əvvəlindən indiyədək ABŞ-da 50 mindən çox atışma halı baş verib və bunların nəticəsində 13 min insan ölüb, 27 min nəfər isə yaralanıb.