İstanbul terraktını törədənin kimliyi ifşa olunub
https://azeri.sahartv.ir/news/dünya-i254845-İstanbul_terraktını_törədənin_kimliyi_ifşa_olunub
Türkiyə dairələri İstanbulda yeni ilin ilk günündə bir gecə klubuna hücum edən qatilin kimliyinin bəlli olduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2017 06:18 Asia/Baku
  • İstanbul terraktını törədənin kimliyi ifşa olunub

Türkiyə dairələri İstanbulda yeni ilin ilk günündə bir gecə klubuna hücum edən qatilin kimliyinin bəlli olduğunu bildiriblər.

Əl-Aləm televiziyası Daily Sabah qəzetinin internet portalına istinadla bildirib ki, bu terror aktını törədən şəxs Əbu Məhəmməd əl-Xorasani ləqəbli Əbdülqadir Maşaripovdur. 

Türkiyə rəsmiləri bu barədə əlavə məlumat verməyiblər. 

Yeni ilin başlandığı gecə İstanbul şəhərində bir gecə klubuna hücumda azı 39 nəfər, o cümlədən bir polis məmuru həlak olub və 65 nəfər yaralanıb. 

İŞİD terror qruplaşması bu terror aktının məsuliyyətini üzərinə götürüb. 

Suriyada terror qruplarının əsas himayədarlarından olan Türkiyə son vaxtlar bir neçə terror aktının məqsədinə çevrilmişdir.